Azərbaycan Respublikası Audiovizual Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edir.
Bu barədə BUTA.TV-a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini 27 aprel saat 9.00-dan 8 may saat 18.00-dək Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 315) təqdim etməlidirlər.
Qeyd olunmalıdır ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunu sənədlərini təqdim etmiş namizədlər arasından səsvermə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası seçir.
Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) hazırkı baş direktoru Balakişi Qasımov 2022-ci ilin may ayında Yayım Şurası tərəfindən 4 il müddətinə bu vəzifəyə seçilmişdi. İTV-nin rəsmi strukturuna əsasən, o, şirkətin rəhbəri kimi fəaliyyət göstərirdi.
- Narkotiki Azərbaycana keçirmək istəyən iranlı saxlanıldı
- Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
- Azərbaycanda meteor yağışı: niyə baş verir?
- Tufandağ buzlağının ekosistemində dəyişikliklər... - Foto
- Sabah 3 rayonda qaz olmayacaq
- Bölgələrdə külək güclənəcək
- 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb
- Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi