Azərbaycan Respublikası Audiovizual Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edir.
Bu barədə BUTA.TV-a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini 27 aprel saat 9.00-dan 8 may saat 18.00-dək Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 315) təqdim etməlidirlər.
Qeyd olunmalıdır ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunu sənədlərini təqdim etmiş namizədlər arasından səsvermə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası seçir.
Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) hazırkı baş direktoru Balakişi Qasımov 2022-ci ilin may ayında Yayım Şurası tərəfindən 4 il müddətinə bu vəzifəyə seçilmişdi. İTV-nin rəsmi strukturuna əsasən, o, şirkətin rəhbəri kimi fəaliyyət göstərirdi.
- Doqquz illik bazadan kolleclərə qəbulun nəticələri...
- 234 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu
- Ögey qızına əxlaqsız hərəkətlər edənə - 11 il həbs verildi
- Yeni ekspres marşrutların dayanacaq məntəqələri - Video
- Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu
- Bu ərazilərə intensiv yağış yağır
- Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu
- Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər