Abşeron Rayon Polis İdarəsi ərazi Polis Bölmələrinin əməkdaşları ilə birgə hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib.
DİN-dən BUTA.TV-a verilən xəbərə görə, tədbirlər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 13 fakt aşkarlanıb.
Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 17 nəfər saxlanılıb, "isti izlərlə" 19 cinayətin üstü açılıb.
Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 56, xırda xuliqanlıq və xırda talama hadisələri ilə əlaqədar 58 fakt aşkarlanıb.
Tütün məmulatlarından istifadə normalarına əməl etməyən və məişət tullantılarını urnalardan kənara atan şəxslər də müəyyən edilərək barələrində inzibati protokollar tərtib edilib.
Həmçinin, profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar və ov tüfənglərinin polisə könüllü təhvil verilməsi təmin edilib.
Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı isə spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən ümumilikdə 6 sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.
Gecə saatlarında Abşeron rayon sakinlərinin rahatlığını pozan, yüksək səs effekti yaradan 8 motoxuliqan barəsində inzibati tədbir görülüb.
Polis Abşeron rayonunda qeyd edilən istiqamətlərdə profilaktik tədbirləri davam etdirir.
- Narkotiki Azərbaycana keçirmək istəyən iranlı saxlanıldı
- Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
- Azərbaycanda meteor yağışı: niyə baş verir?
- Tufandağ buzlağının ekosistemində dəyişikliklər... - Foto
- Sabah 3 rayonda qaz olmayacaq
- Bölgələrdə külək güclənəcək
- 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb
- Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi