Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb.
BUTA.TV xəbər verir ki, TÜRKPA-nın saytında yayımlanan bəyanatda qeyd edilib ki, bu cür hərəkətlər qarşılıqlı hörmət prinsipini sarsıdır və regional mühitdə gərginliyi daha da artırmaq riski yaradır.
"Etnik nifrətin təzahürü dinc birgəyaşayış və məsuliyyətli ictimai davranış dəyərləri ilə bir araya sığmır.
Biz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regionda sabitlik və konstruktiv fəaliyyət üçün zəruri elementlər kimi dialoq, təmkin və qarşılıqlı hörmətin təşviq edilməsinin, eləcə də regionda sülh, qarşılıqlı hörmət və etimadın inkişaf etdirilməsinin vacibliyini bir daha bəyan edirik", - deyə bildirilib.
- Narkotiki Azərbaycana keçirmək istəyən iranlı saxlanıldı
- Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
- Azərbaycanda meteor yağışı: niyə baş verir?
- Tufandağ buzlağının ekosistemində dəyişikliklər... - Foto
- Sabah 3 rayonda qaz olmayacaq
- Bölgələrdə külək güclənəcək
- 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb
- Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi