Saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli az yağıntılı olub.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, yağıntının miqdarı Lerikdə 5, Lənkəranda 4, Quba, Astarada 3, Sədərəkdə 2, Naxçıvan, Şahbuz, Culfa, Daşkəsən, Naftalan, Zaqatala, Balakən, Şəki (Kişçay), Qəbələ, Qusar, Xaltan, Şabran, Tərtər, Yardımlıda 1 mm-dək qeydə alınıb.
Mayın 3-də gecə saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 21 m/s-dək güclənib.
Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki (Kişçay), Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 27, Aran rayonlarında 24, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.
- Tarixdə ən isti avqust ayı olacaq
- “Kontakt”ın “Bakıxanov stansiyası” mağazasında növbəti “Apple Shop”
- Mətbəxdə qazı açdı, yerinə su gəldi - Video
- İmişlidə yanğın törədən şəxs saxlanıldı
- Yevlaxda ağır qəza: 2 nəfər öldü
- Putin ilk dəfə Kuril adalarına getdi - Yaponiyadan etiraz
- Elnur Məmmədova ağır itki
- Samuxda kütləvi zəhərlənmə...