Vergi qanunvericiliyinə əsasən müəyyən kateqoriyadan olan şəxslər üçün əmlak vergisi ilə bağlı güzəşt tətbiq olunur.
BUTA.TV Milli.az-a istinadən xəbər verir ki, qüvvədə olan qaydalara görə, binaların icarəyə və ya kirayəyə verilməsi, həmçinin sahibkarlıq və ya kommersiya məqsədilə istifadə edilməsi halları istisna olmaqla, bəzi şəxslərin ödəməli olduqları əmlak vergisinin məbləği azaldılır.
Güzəşt Vergi Məcəlləsi ilə müəyyən edilir və bu çərçivədə Vergi Məcəlləsinin 4.15.2-ci maddəsi və Vergi Məcəlləsinin 102.2-ci maddəsi nəzərə alınır.
Qeyd edək ki, bu güzəşt pensiyaçılara, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, həmçinin onların ailə üzvlərinə şamil edilir. Həmin şəxslər üçün binalara görə hesablanan əmlak vergisi 30 manat məbləğində azaldılır. Güzəşt yalnız qeyd olunan şərtlər daxilində tətbiq olunur və əmlak kommersiya məqsədilə istifadə edildiyi halda bu imkandan yararlanmaq mümkün deyil.
“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var
- “Kontakt”ın “Bakıxanov stansiyası” mağazasında növbəti “Apple Shop”
- Mətbəxdə qazı açdı, yerinə su gəldi - Video
- İmişlidə yanğın törədən şəxs saxlanıldı
- Yevlaxda ağır qəza: 2 nəfər öldü
- Putin ilk dəfə Kuril adalarına getdi - Yaponiyadan etiraz
- Elnur Məmmədova ağır itki
- Samuxda kütləvi zəhərlənmə...
- Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın oldu