Milli Onkologiya Mərkəzində törədilən partlayışla əlaqədar ağır xəsarətlər almış həmin tibb müəssisəsinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli mayın 5-də saat 21:45-də müalicə aldığı xəstəxanada vəfat edib.
Bu barədə BUTA.TV-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, faktla bağlı Yasamal rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
"Sosial şəbəkə istifadəçiləri və media nümayəndələrindən xahiş edirik ki, qeyd olunan hadisə ilə bağlı məlumatları yayarkən yalnız rəsmi mənbələrə istinad olunsun, təqdim edilən informasiyanın düzgünlüyü müvafiq dövlət qurumları ilə dəqiqləşdirilmədən ictimailəşdirilməsin. Xüsusilə vurğulayırıq ki, istintaq sirrini təşkil edən məlumatların qorunması və yayılmasının qarşısının alınması, eləcə də cinayət təqibi iştirakçılarının hüquq və qanuni mənafelərinə hörmətlə yanaşılması qanunun və peşəkar informasiya mübadiləsinin əsas hüquqi və etik tələbidir.
“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var
Bu baxımdan, təsdiqini tapmamış, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatların, habelə cəmiyyətdə çaşqınlıq və əsassız narahatlıq yarada biləcək şayiə xarakterli paylaşımların yayılmasından çəkinilməsi hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən prosessual tədbirlərin maneəsiz şəkildə davam etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir", - məlumatda qeyd olunub.
- Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın oldu
- Qardaşına görə mübahisəyə qoşuldu, kürəyindən bıçaqlandı
- Kürdə batan gəncin meyiti tapıldı
- Tullantılar necə biznesə çevrilir? - “Tullantıların biznesi” kitabı nəşr olundu
- Bakıda mağazada başlayan yanğın evlərə keçdi - Fotolar - Yenilənib
- İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı
- Bu gün bu rayonlarda işıq olmayacaq
- PSJ Superkuboku da qazandı - Video-Yenilənib