Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Elşən Ələsgər oğluna məxsus "3 manatlıq kabab" kafesində plandankənar yoxlama keçirilib.
Bu barədə BUTA.TV-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı müəssisədə ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qeyri-qənaətbəxş olduğu, məhsulların müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib.
Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub. İstehlaka təqdim edilən ət məhsullarından nümunələr götürülüb. Nöqsanlar aradan qaldırılanadək kafedə xidmətlərin göstərilməsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.
“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var
- İmişlidə yanğın törədən şəxs saxlanıldı
- Yevlaxda ağır qəza: 2 nəfər öldü
- Putin ilk dəfə Kuril adalarına getdi - Yaponiyadan etiraz
- Elnur Məmmədova ağır itki
- Samuxda kütləvi zəhərlənmə...
- Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın oldu
- Qardaşına görə mübahisəyə qoşuldu, kürəyindən bıçaqlandı
- Elnur Məmmədovun ailəsində - Ağır itki