Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır.
BUTA.TV xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Biləsuvar şəhər sakinləri – 2003-cü il təvəllüdlü Kənan Ramil oğlu Rəhimli və 2006-cı il təvəllüdlü Tərlan Niyaməddin oğlu Şahbazov bıçaqlanıblar.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Boğaz nahiyəsindən ağır bıçaq xəsarəti alan K.Rəhimli dərhal reanimasiya şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb.
“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var
Əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
- Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın oldu
- Qardaşına görə mübahisəyə qoşuldu, kürəyindən bıçaqlandı
- Kürdə batan gəncin meyiti tapıldı
- Tullantılar necə biznesə çevrilir? - “Tullantıların biznesi” kitabı nəşr olundu
- Bakıda mağazada başlayan yanğın evlərə keçdi - Fotolar - Yenilənib
- İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı
- Bu gün bu rayonlarda işıq olmayacaq
- PSJ Superkuboku da qazandı - Video-Yenilənib