COP29 kimi WUF13 də uğurla təşkil edildi - Əliyev

19:57 - 21 May 2026 - GÜNDƏM

 COP29 kimi WUF13 də uğurla təşkil edildi - Əliyev

COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) da uğurla təşkil edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edərkən bildirib.

Dövlət başçısı WUF13-ün keçirilməsi ilə bağlı göstərdiyi dəstəyə görə BMT rəhbərliyinə minnətdarlığını bildirib, tədbirin uğurlu olması üçün Azərbaycan Hökumətinin və BMT-nin Məskunlaşma Proqramının bir komanda kimi fəaliyyət göstərdiyini deyib.

WUF13-ün COP29-dan sonra iştirakçı sayına görə ölkəmizdə keçirilən ikinci mühüm qlobal tədbir olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının da uğurla təşkil edildiyini vurğulayıb.

Bu xəbər hal-hazırda çox oxunur
“Sabah” pley-offda! - Video-Yenilənib

Söhbət zamanı Azərbaycanla BMT arasında uzun illərdir uğurlu əməkdaşlığın həyata keçirildiyi və ölkəmizin bu təşkilatın fəal üzvü olduğu, onun proqram və tədbirlərinin icrasına mühüm töhfələr verdiyi vurğulandı. İndiyədək BMT-nin müxtəlif mövzulara aid beynəlxalq tədbirlərinin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla xatırlanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol