Sosial şəbəkələrdə avtomobilləri arxadan çəkən və guya sürət həddinin pozulmasını müəyyən edən cihazlarla bağlı görüntülər yayılıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BUTA.TV-a bildirilib ki, görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil. Sözügedən elektron cihaz yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin ölçülməsi və nəqliyyat axınının monitorinqi məqsədilə istifadə olunur:
"Cihaz vasitəsilə nəqliyyat vasitələrinin hərəkət intensivliyi ilə bağlı məlumatlar toplanılır və bu məlumatlar yol hərəkətinin təşkili, nəqliyyat axınının təhlili və idarə olunması prosesində istifadə edilir.
Qeyd olunan qurğunun inzibati xəta barədə elektron protokol tətbiq etmək funksiyası yoxdur".
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Qeyd edək ki, "Beton yol" kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda yeni texniki vasitələr quraşdırılıb.
Sosial şəbəkələrdə yolda yeni quraşdırılan radarlar digərlərindən fərqli olaraq avtomobili ön tərəfdən deyil, arxadan çəkdiyi iddia olunub.
- Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir
- Məzuniyyətə çıxmadan pulunu almaq olar?
- Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi
- İsanın həvarisi Azərbaycanda bu kilsədə dəfn olunub
- Dövlət sərhədində 40 kq narkotik dövriyyədən çıxarıldı
- Hava limanı yolundakı yeni qurğular sürət ölçür? - Rəsmi
- Ağstafada kişi meyiti tapıldı
- İki qadının boğulması ilə bağlı araşdırma aparılır