Ağstafada kişi meyiti tapıldı

10:27 - 11 Avqust 2026 - GÜNDƏM

 Ağstafada kişi meyiti tapıldı

Ağstafada kişi meyiti aşkarlanıb.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, meyit rayonun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Araşdırma zamanı meyiti aşkarlanan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z.Yolçiyev olduğu müəyyənləşdirilib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizanın və Patoloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Ölümün səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol