Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - Video

09:24 - 11 Avqust 2026 - HADİSƏ

 Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - Video

Bu gün Avropada vaxtilə Azərbaycanda radikal fəaliyyəti ilə gündəmə gəlmiş “Müsəlman Birliyi Hərəkatı”nın (MBH) qeydiyyata alınması məsələsi müzakirə olunur. Avropa bu təşkilatın keçmişini nə qədər yaxşı tanıyır?

2015-ci ildə Nardaranda təşkilatın üzvləri ilə polis arasında silahlı qarşıdurma baş vermiş, iki polis əməkdaşı - İsmayıl Tağıyev və Vüqar Nəsibov həlak olmuşdu. Hüquq-mühafizə orqanları MBH-ni dövlət quruluşunu dəyişdirərək, şəriət əsaslı idarəetmə yaratmaq cəhdində ittiham edib. Hərəkatın üzvləri İranın ovaxtkı Ali dini lideri ayətullah Əli Xameneini mənəvi lider kimi qəbul edirlər.

Son günlər Britaniya mediasında Kiprdəki Britaniya hərbi bazaları barədə məlumatları SEPAH-a ötürməkdə ittiham olunan Azərbaycan əsilli Britaniya vətəndaşı ilə bağlı xəbərlər də bu narahatlıqları artırır. Sual budur: Belə bir keçmişə malik təşkilatın Avropada fəaliyyəti gələcəkdə təhlükəsizlik riskinə çevrilə bilərmi?

BUTA.TV” Axar.az-a istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol