Mərdəkanda dənizdə batan 4 gəncin - Görüntüləri - Yenilənib

09:19 - 23 İyun 2026 - GÜNDƏM

 Mərdəkanda dənizdə batan 4 gəncin - Görüntüləri - Yenilənib

Xəbər verdiyimiz kimi, dünən Xəzər rayonu Mərdəkan çimərliyində 4 gənc batıb.

BUTA.TV”nun məlumatına görə, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə davam etdirilir.

Ölənlərdən 21 yaşlı Elnurla 19 yaşlı Elmar qardaşdır.

Bu xəbər hal-hazırda çox oxunur
Messi hekayəsi davam edir... - Video-Yenilənib

***

Sosial şəbəkələrdə faciəvi şəkildə vəfat edən gənclərin ölümündən əvvəl çəkildiyi deyilən videoları yayılıb.

Sözügedən görüntüləri təqdim edirik:






Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol