Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsindən istefa verərkən emosional anlar yaşayıb.
“BUTA.TV” xəbər verir ki, o, vida çıxışı zamanı ailəsinə təşəkkür edib, səsi titrəyib və göz yaşlarını saxlaya bilməyib.
Starmer çıxışında bundan sonra həyatının əsas prioritetinin ailəsi olacağını vurğulayıb.
“Ən vacib işə daha çox vaxt ayıracağam. Möhtəşəm həyat yoldaşım Vik üçün bacardığım ən yaxşı ər, qürurum və sevincim olan övladlarım üçün isə bacardığım qədər ən yaxşı ata olacağam”, – deyə o bildirib.
Vida nitqindən sonra Starmer həyat yoldaşını qucaqlayıb. Emosional anları əks etdirən görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və böyük maraq doğurub.




- Bütün DÇ-ləri görüb - 100 yaşlı fanat viral oldu - FOTO
- İstefadan sonra göz yaşları içində arvadını qucaqladı - Video
- Fransa İraqı darmadağın etdi - Video - Yenilənib
- Fransa - İraq matçı 2 saatdan sonra yenidən başladı - Yenilənib - Fotolar
- Bakının bu rayonlarında qaz olmayacaq
- 200 balla qəbul olunan ixtisaslar bəlli oldu
- Sabah bu kəndlərdə işıq olmayacaq
- Kəmaləddin Heydərov ərəb milyarderlə Qəbələni gəzdi - Video