Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib.
BUTA.TV Ölkə.az-a istinadla xəbər verir ki, bu vəzifəyə şəhərin nüfuzlu ağsaqqallarından olan Eldar İsmayılov gətirilib.
Məlumata görə, iyunun 22-də Sumqayıt Şəhər Ağsaqqallar Şurasının seçki konfransı keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev, eləcə də şəhərin ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Eldar Vəkil oğlu İsmayılov 1949-cu il yanvarın 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. 1990-cı ildə Ali Sovetinin deputatı seçilib. 1991-1992-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 16-da imzaladığı sərəncamla “Şöhrət” ordeni ilə təltif edilib.
Xatırladaq ki, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının əvvəlki sədri Təbrik Quliyev bir neçə gün əvvəl istefa verib.
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama
- Qarabağ Universitetinin plan yerləri açıqlandı - Tam siyahı
- 5 aydır bağçaya qəbul alıb, amma gedə bilmir - Rəsmi cavab