Xəbər verdiyimiz kimi, dünən Xəzər rayonu Mərdəkan çimərliyində 4 gənc batıb.
“BUTA.TV”nun məlumatına görə, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə davam etdirilir.
Ölənlərdən 21 yaşlı Elnurla 19 yaşlı Elmar qardaşdır.
***
Sosial şəbəkələrdə faciəvi şəkildə vəfat edən gənclərin ölümündən əvvəl çəkildiyi deyilən videoları yayılıb.
Sözügedən görüntüləri təqdim edirik:




- Buna görə saytlara məhdudlaşdırma tətbiq ediləcək
- Azərbaycanda 7 min manatlıq yeni cərimə...
- Bakıda 71 yaşlı kişi ağacdan yıxılıb öldü
- Valideyn uşağını kukla kimi görməməlidir - DİM sədri
- İstanbuldakı Azərbaycan məktəbində şiddət qalmaqalı - Video
- Prezidentlər Daşaltı kəndinin fonunda şəkil çəkdirdi - Foto
- Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
- Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar