İyunun 28-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 27-dən 28-nə keçən gecə fasilələrlə davam edən intensiv, bəzi yerlərdə güclü yağışın səhər saatlarından tədricən kəsiləcəyi gözlənilir. Gecə saatlarında yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20°, bəzi yerlərdə 23-26° isti olacaq.
- AZAL-dan Naxçıvan reysləri ilə bağlı məlumat
- Şabranda itkin düşən kişinin meyiti göldə tapıldı
- Türkiyədə 800 minlik saxta evlilik - Azərbaycanlı qadın həbs edildi - Video
- Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
- Bakıda boğazı kəsilən gənc motosikletlə qardaşının yanına getdi
- Təhlükə var, amma xəbərdaredici nişan quraşdırılmayıb - Video
- Yağış nə vaxt kəsəcək? - Proqnoz
- Çimərliyə getmək istəyənlərin nəzərinə!