Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, saat 07:50-də Ziya Bünyadov prospektində, Dərnəgül yolunda BMW markalı avtomobil körpünün üzərində idarəetmədən çıxıb. Nəticədə, avtomobil yolun ortasındakı işıqlandırma dirəyinə çırpılıb.
Dirək isə aşaraq əks istiqamətdə öz yolu ilə hərəkətdə olan “Daewoo Gentra” markalı avtomobilin ön şüşəsini qıraraq salonuna girib. Nəticədə, həmin avtomobilin sürücüsü ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
- AZAL-dan Naxçıvan reysləri ilə bağlı məlumat
- Şabranda itkin düşən kişinin meyiti göldə tapıldı
- Türkiyədə 800 minlik saxta evlilik - Azərbaycanlı qadın həbs edildi - Video
- Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
- Bakıda boğazı kəsilən gənc motosikletlə qardaşının yanına getdi
- Təhlükə var, amma xəbərdaredici nişan quraşdırılmayıb - Video
- Yağış nə vaxt kəsəcək? - Proqnoz
- Çimərliyə getmək istəyənlərin nəzərinə!