Yaxın saatlarda Abşeron yarımadasına dolu düşəcək – Xəbərdarlıq

09:06 - 27 İyun 2026 - GÜNDƏM

 Yaxın saatlarda Abşeron yarımadasına dolu düşəcək – Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Qurumdan BUTA.TV-a verilən məlumata görə, yaxın saatlarda Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərində qısamüddətli leysan yağışla birlikdə dolu prosesinin olacağı ehtimal olunur.

Qeyd edək ki, iyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Gəncə, Ağstafa, Qazax, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Salyan, Şirvan, Şabran, Xızı, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bu xəbər hal-hazırda çox oxunur
Fransa Norveçi darmadağın etdi - Yenilənib - Video

Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol