​Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı - Foto

20:36 - 29 İyun 2026 - GÜNDƏM

 ​Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı - Foto

Türkiyə mediasında Azərbaycanla bağlı vaxtaşırı müxtəlif məzmunlu materiallar və məqalələr dərc olunur. Bu yazılar çox vaxt regionda baş verən mühüm siyasi, hərbi və iqtisadi hadisələri əhatə edir. Bununla yanaşı, Türkiyənin aparıcı KİV-ləri zaman-zaman Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi və turizm potensialı olan unikal məkanlarına da xüsusi yer ayırır.

BUTA.TV Metbuat.az-a istinadla xəbər verir ki, növbəti belə geniş material ölkənin ən çox oxunan kütləvi informasiya vasitələrindən olan “Sözcü” qəzetinin internet versiyasında işıq üzü görüb. Qəzet Azərbaycanın dəniz səviyyəsindən 2180 metr hündürlükdə yerləşən qədim Xınalıq kəndi haqqında maraqlı bir məqalə yayımlayıb.

Məqalədə UNESCO-nun Dünya Mirası Siyahısında yer alan bu unikal dağ kəndinin dünyada bənzəri olmayan dilindən və təcrid olunmuş coğrafi quruluşundan bəhs edilir. Vurğulanır ki, min illərdir heç bir əlifbası və yazı sistemi olmayan Xınalıq dilini dünyada bu icmadan başqa heç bir topluluq başa düşmür. Yerli əhalinin köklərini Qafqaz Albaniyasına bağladığı və özlərini Nuh peyğəmbərin nəvələri hesab etdikləri diqqətə çatdırılır.

Yazıda həmçinin Xınalığın pilləli daş evlərdən ibarət sıradışı memarlıq üslubuna, çobanların köçəri həyat tərzinə və kəndin sərt iqlim şəraitinə də toxunulur. Aşağıdakı evin damının növbəti evin həyəti rolunu oynadığı bu maraqlı yaşayış məskəninin müasir dövrdə elektrik, rabitə və məktəb kimi infrastrukturla təmin edildiyi bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol