Həbibbəylinin nadir əlyazmaya kobud davranışı... - Video

17:27 - 27 İyun 2026 - GÜNDƏM

 Həbibbəylinin nadir əlyazmaya kobud davranışı... - Video

AMEA-nın prezidenti İsa Həbibbəyli Vatikandan gələn nümayəndə heyətinə XIV əsrə aid nadir Nizami Gəncəvi əlyazmasını nümayiş etdirərkən onu kobud şəkildə vərəqləyib.

BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilib ki, akademikin bu hərəkəti qədim əlyazmaların qorunmasına xüsusi həssaslıqla yanaşan qonaqların narazılığına səbəb olub.

Vatikan nümayəndələri əlyazmanın daha ehtiyatla və asta şəkildə vərəqlənməsinin vacibliyini akademikin diqqətinə çatdırıblar.

Məsələ ilə bağlı Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mətbuat xidmətindən bildirilib ki, AMEA-nın prezidenti İsa Həbibbəylinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmasına münasibəti haqqındakı məlumatlar reallığı əks etdirmir:

“Nizami Gəncəvinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının həm cildi və həm də hər bir vərəqi xüsusi qoruyucu salafanlarla mühafizə edildiyindən həmin vərəqlərin orijinal mətninə toxunmaq mümkün deyildir. Onu da qeyd edək ki, bu əlyazmanın orijinal nüsxəsinin elektron versiyası İnstitutun fondunda mühafizə olunur”.

Buna baxmayaraq, Əlyazmalar İnstitutu sözügedən əlyazma ilə qeyri-normal davranıldığını da bu cür etiraf edib:

“Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Əlyazmalar İnstitutunda keçirilmiş görüşün vaxtı məhdud olduğuna görə əlyazmadakı miniatürü tapıb göstərmək üçün bir qədər tələsikliyə yol verilmişdir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol