2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının qalibi olan Almaniya millisi sonrakı mundiallarda gözləntiləri doğrultmur.
“BUTA.TV” xəbər verir ki, “Alman maşını” 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında İsveç, Meksika və Cənubi Koreyanın yer aldığı qrupda cəmi 3 xal toplayaraq sonuncu pillədə qərarlaşaraq mübarizəni qrup mərhələsində dayandırmışdı.
2022-ci ildə Qətərdəki mundialda isə Yaponiya, İspaniya və Kosta-Rikanın yer aldığı qrupda 4 xalla üçüncü olmuş və bununla da ardıcıl ikinci dəfə pley-off-a yüksələ bilməmişdi.
2026-cı il dünya çempionatında qrup mərhələsini uğurla adlayan Almaniya 1/16 finalda Paraqvayla üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında rəqibinə 3:4 hesabı ilə məğlub olan Almaniya mundialla erkən vidalaşıb.
Almaniyanın dünya çempionatlarındakı uğursuz çıxışını bir sıra nəşrlər “Götze lənəti” adlandırır.
Qeyd edək ki, 2014-cü il mundialın finalında almanların qələbə qolunu Mario Götze vurmuşdu.
- Qızıl öpüşdən qara seriyaya - 12 illik kabus
- DÇ-də sensasiya - Almaniya Paraqvaya uduzdu-Yenilənib
- Bu məktəbin tikintisinə 1 milyon manat xərclənəcək
- Braziliya 1/8 finalda! - Video-Yenilənib
- “Nemetskiy şot” olur” - Həmin fotodan danışdı
- Zabit olmaq istəyənlərin diqqətinə!
- Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
- Ayfon-18-in bu xüsusiyyəti məyusluq yaradacaq