Ukraynanın Xarkov şəhərinə Rusiyanın endirdiyi zərbələr nəticəsində azərbaycanlı tələbə Fatimə Hüseynovanın həlak olması barədə xəbər vermişdik.
“BUTA.TV”nun məlumatına görə, 23 yaşlı Fatimə Xarkov Milli Tibb Universitetinin 6-cı kurs tələbəsi imiş. O, iyunun 30-u keçiriləcək diplom təqdimetmə mərasimində iştirak etmək üçün Azərbaycandan Xarkova gedibmiş.
Hadisə Fatimə rəfiqəsi ilə birgə məzun fotosessiyasına gedərkən baş verib. Raket zərbəsi zamanı onun rəfiqəsi Ada ağır xəsarətlər alıb və hazırda xəstəxanadadır.
Qeyd edək ki, Fatimənin fotosessiyada geyinmək üçün özü ilə apardığı məzun xalatı və papağı hadisə yerində - onun nəşinin yanında tapılıb.

- Rayonlara avtobuslarla gedən sərnişinlərə şad xəbər!
- Bəzi qatarların hərəkət qrafiki dəyişdi
- Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
- Qadınların pensiya yaşı artırıldı
- Zarafat qanla bitdi: həmkəndlisini öldürdü
- Bu əcnəbilər Azərbaycana vizasız gələ bilər – Təsdiqləndi
- Məzun xalatı və papağı hadisə yerində qalıb... - Video
- Bakı kəndlərini niyə qurbağalar basıb? - Video