Bu günlərdə Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası cənab İlham Əliyevin müəllifi olduğu müasir inkişaf quruculuğu ilə bağlı mühüm strateji vəzifələri müəyyənləşdirmək baxımından önəm daşıyır.
İlk növbədə, onu qeyd edim ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Birinci vitse-prezidentin Rəqəmsal İnkişaf Şurasının sədri təyin edilməsi və rəqəmsallaşma kimi fövqəladə dövlət strategiyasının Mehriban xanıma həvalə edilməsi böyük məsuliyyətdən, etimaddan və cəmiyyətin dərin inamından irəli gəlir.
Onun milli iqtisadiyyatın rəqəmsallaşması kimi fövqəladə bir sahəyə rəhbərlik etməsi Azərbaycanın regional inkişaf hədəflərinə hesablanmış strateji təyinatdır.
Bu həm də o deməkdir ki, Mehriban Əliyeva Prezidentin beynəlxalq iqtisadi rəqabətdə yeni uğurlara çatmaqda çiyin-çiyinə çalışmaq əzmindədir.
Sirr deyil ki, rəqəmsal inkişaf ölkənin bütün sahələrini, o cümlədən təhsil və elmi əhatə edərək yeni cəmiyyət quruculuğunu formalaşdırır.
Xəbəri rus dilində oxuyun: Курс на ИИ: как Цифровой совет изменит экономику Азербайджана
Azərbaycanın yaxın və ortamüddətli dövr üzrə inkişafının əsas xətti texnologiyalar, intellektual sənaye cəmiyyəti, zəka mühəndisliyinin möhkəmlənməsidir.
Bu baxımdan Birinci vitse-prezidentin koordinasiya etdiyi Rəqəmsal Şurasının üzərinə müasir elmi intibahın, zəka mühəndisliyinin formalaşmasında, yeni təfəkkürlü kadr korpusunun hazırlanmasında böyük məsuliyyət düşür.
Mehriban Əliyeva yenilikçi komandada uğurlara imza atmış dövlət xadimi, yaradıcı şəxs kimi çox səriştəlidir və əminliklə söyləmək olar ki, yeni dövlət modelinə keçiddə peşəkar fəalliyyəti ilə mühüm töhfələr verəcək.
İclasda verilən mesajlar da təsdiqləyir ki, Azərbaycanın iqtisadi təhlükəsizliyi, geosiyasi və texnoloji rəqabət landşaftında daha güclü mövqe qazanması üçün prinsipial addımlar atılacaq.
Mehriban xanımın bəyan etdiyi kimi, məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir.
Qəti əminliklə demək olar ki, onun rəhbərliyi ilə Rəqəmsal Şura ciddi koordinasiya, cəlbedici iqtisadi mühit və cəsarətli qərarlar verməklə, Prezidentin qarşıya qoyduğu strateji hədəfə çatmağa nail olacaq.
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev

- "Birbank"ın inklüziv bankçılıq imkanları: İşarət dili ilə xidmət...
- Tanınmış həkimə böhtan atan qadınlar cəzalandırıldı
- 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
- THY-yə biletlər DigiTravel-lə ABB mobile tətbiqində!
- Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
- MEDİA müsabiqənin nəticələrini açıqladı
- AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
- "İdrak" liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı