Dəmiryol Muzeyinə giriş sərbəst olacaq

12:54 - 1 İyul 2026 - GÜNDƏM

 Dəmiryol Muzeyinə giriş sərbəst olacaq

5 iyulda Azərbaycan Dəmiryol Muzeyində ölkəmizin dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi münasibətilə “Açıq qapı” günü keçiriləcək.

ADY-dən BUTA.TV-a verilən məlumata görə, ziyarətçilər elektrikləşdirilmiş dəmir yollarının bir əsrlik inkişaf yolunu əks etdirən fotosərgi ilə yanaşı, muzeyin zəngin kolleksiyası ilə də tanış ola biləcəklər.

“Sizi dəmir yollarımızın qocaman tarixinə səyahətə, keçmişlə bu günü birləşdirən tərəqqi yolunu birlikdə kəşf etməyə dəvət edirik.

Giriş sərbəstdir”, - məlumatda bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol