Kişilərin gücü çatmadı, köməyə qadın gəldi... - Video

14:08 - 2 İyul 2026 - GÜNDƏM

 Kişilərin gücü çatmadı, köməyə qadın gəldi... - Video

Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonu, Abay Kunanbayev küçəsində (Telefon qovşağının arxasında) yerləşən yaşayış kompleksinin yaxınlığında növbəti yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV” Avtosfer.az-a istinadən xəbər verir ki, iyunun 30-da günorta saatlarında yaşayış kompleksinin həyətindən çıxan “Toyota Prius” markalı avtomobil pilləkəndən aşağı düşüb.

Bununla yanaşı, iyulun 1-də səhər saatlarında da həmin ərazidə oxşar hadisə qeydə alınıb. Belə ki, 99-QD-175 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobil də eyni şəkildə pilləkəndən aşağı düşüb.

BUTA.TV”nu yeni instaqram səhifəsində izləyin!

Sakinlərin sözlərinə görə, bu ərazidə tez-tez belə qəzalar baş verir. Onlar oxşar hadisələrin qarşısının alınması üçün aidiyyəti qurumlardan pilləkənin yaxınlığında, təxminən beş metr məsafədə qoruyucu tumbaların quraşdırılmasını xahiş edirlər.

Dünən baş vermiş hadisə ilə bağlı yeni və olduqca maraqlı görüntülər ortaya çıxıb. Kadrlardan görünür ki, qəzadan sonra hadisə yerinə toplaşan vətəndaşlar avtomobili düşdüyü yerdən çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər. Avtomobil sahibi hətta kömək qçqn evakuator da çağırmaq istəyib.

Məhz bu zaman hadisə yerində olan qadınlardan biri avtomobilə yaxınlaşaraq çiyni ilə maşını itələməyə başlayıb. Gözlənilmədən onun bu hərəkəti nəticəsində avtomobil yerindən tərpənib və çıxarılması mümkün olub. Maraqlısı isə odur ki, daha əvvəl kişilərin birlikdə çıxara bilmədiyi avtomobili qadının dəstəyi ilə asanlıqla geriyə çəkməkdə problem yaranmayıb. Qadın isə heç bir xüsusi reaksiya vermədən sakit şəkildə çantasını götürərək tanışı ilə hadisə yerindən uzaqlaşıb.

Bu anlar ətrafdakı şəxslərin təəccübünə səbəb olub. Hadisəni izləyənlər qadını alqışlayaraq onun cəsarətini və çevik davranışını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, sakinlər həmin ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacib olduğunu bildirirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol