Bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib.
“BUTA.TV” “Mehr” agentliyinə istinadən xəbər verir ki, mərasim paytaxt Tehranın Böyük Müsəlla məscidində başlayıb.
Tədbirdə din xadimləri və xarici ölkələrin rəsmiləri iştirak edir.
Qeyd edək ki, mərasimin proqramına əsasən, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.
Xatırladaq ki, 86 yaşlı Əli Xamenei fevralın 28-də Tehrana aviazərbələr nəticəsində həlak olmuşdu.




- Hərbçimiz futbol oynayan zaman öldü - Foto
- Türkiyə ilə bu mövzuda təcrübə mübadiləsi aparıldı
- Bakıda marşrut avtobusu ağaca çırpıldı, yaralanan var - Video - Yenilənib
- Ermənistana 976 ton buğda göndərildi
- “Azenco”nun sabiq rəhbəri həbs edilib
- Federasiya rəhbəri dövlət torpaqlarını qanunsuz satırmış…
- Eldar Əzizov onu rəis təyin etdi
- General təqaüdə göndərildi - Foto