Ruslan Abdullayev vəzifəsindən azad edildi - Foto

17:33 - 2 İyul 2026 - GÜNDƏM

 Ruslan Abdullayev vəzifəsindən azad edildi - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdirilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.

BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, onun dövlət qurumlarının birində vəzifəyə təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Ruslan Abdullayev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışan Zaur Əliyevin kadrı sayılırdı. İllər əvvəl Zaur Əliyevin müvafiq əmri ilə sözügedən vəzifəyə təyin edilmişdi.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 19-da müvafiq fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. Fərmanla İTSDA və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılacaq.

Bu xəbər hal-hazırda çox oxunur
"Arzum 9999" məhkəmə zalında həbs olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol