Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İranın mərhum ali lideri Ayətullah Seyyid Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcək.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, Şeyxülislam Xameneinin dəfn mərasiminin keçiriləcəyi tarixlərdə əvvəlcədən planlaşdırılmış başqa xarici səfərdə olacaq.
Belə ki, Allahşükür Paşazadə həmin günlərdə Özbəkistanda keçiriləcək rəsmi tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər edəcək. Nəticədə onun Tehranda təşkil olunacaq vida və dəfn mərasimində iştirak etməsi baş tutmayacaq.
Qeyd edək ki, Seyyid Əli Xameneinin vida mərasimi iyulun 4-də saat 06:00-da Tehrandakı İmam Xomeyni Musallası kompleksində başlayacaq və iyulun 5-i saat 20:00-dək davam edəcək. Tehranda və Qumda keçiriləcək mərasimlərdən sonra Xameneinin nəşi İraqın dörd şəhərinə aparılacaq, daha sonra isə son dəfn üçün Məşhədə qaytarılacaq.
Mərhum ali liderin iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılması nəzərdə tutulur.
- Azərbaycanda ən populyar internet brauzeri...
- Anar Bayramovdan yeni - Təyinat
- Azər Məmmədov Qobustanda vətəndaşları qəbul etdi
- Anar Bayramovdan yeni - Təyinat
- Anar Əliyev Ronald Praysla görüşdü
- Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
- Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
- Vilayət Eyvazovdan mühüm qərar...