Qaz qurğularının xəritələrinə görə dövlət rüsumu ləğv edilir.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Belə ki, qanun layihəsinə əsasən, "Dövlət rüsumu haqqında" qanundan qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə 20 manat dövlət rüsumunun tutulmasını nəzərdə tutan müddəa ləğv edilir.
Layihə ilə, həmçinin "Energetika haqqında" qanunda terminoloji uyğunlaşdırma aparılır. Belə ki, qanunda "qaz anbarları" ifadəsi "yeraltı qaz anbarları" ifadəsi ilə əvəz olunur.
Qanun layihəsinin arayışında bildirilir ki, dəyişikliklər yeni "Qaz təchizatı haqqında" qanunun icrasının təmin edilməsi məqsədilə hazırlanıb. Yeni qanunda qaz qurğularının xəritələrinin dövlət rüsumu müqabilində sifarişçilərə verilməsi nəzərdə tutulmadığından, müvafiq müddəanın "Dövlət rüsumu haqqında" qanundan çıxarılması təklif edilir.
- Bakı-Tiflis qatarına bilet satışındakı problemin səbəbi açıqlandı
- 2029-cu ildə əhali siyahıya alınacaq
- Prezident fərman imzaladı
- Bakı-Tiflis qatarında ciddi qiymət endirimləri... - Rəsmi
- Tiflisə getmək istəyənlərə daha bir sevindirici xəbər
- 39 yaşlı qadın narkotikə görə saxlanıldı - Video
- Ölkəmizə görünməyən hücumlar: hər saat olur… - Çağırş
- Sığorta ödənişləri ilə bağlı dəyişiklik...