Regionlardan paytaxt və böyük şəhərlərə axın son illərdə güclənib. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə olunan bu proses qlobal xarakter daşıyır. İnsanlar əsasən iş və təhsil imkanları səbəbindən böyük şəhərlərə üz tuturlar. Təhsil məqsədilə paytaxta gələnlərin böyük bir hissəsi – həm oğlanlar, həm də qızlar – məzun olduqdan sonra burada qalmağa üstünlük verirlər.
Bu sözləri BUTA.TV-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev gənclərin rayonlardan paytaxta köçü barədə danışarkən deyib.
Onun sözlərinə görə, bunun əsas səbəbi paytaxtın əmək bazarında regionlarla müqayisədə daha geniş imkanların və daha yaxşı karyera perspektivlərinin olmasıdır:
“Çünki yaradılan iş yerlərinin təxminən 80 faizi paytaxtda, Bakı və Abşeron ərazisində yerləşir. Yaxşı olar ki, əmək bazarında yeni iş yerlərinin yaradılması məsələsi daha geniş müzakirə olunsun. Regionlarda da məşğulluq imkanları artırılmalıdır. Gənclərin yaşına, maraqlarına və psixoloji xüsusiyyətlərinə uyğun iş sahələri yaradılmalıdır ki, onlar paytaxtdan doğma rayonlarına qayıtmaq istəsinlər. Bu istiqamətdə belə bir layihə də düşünülə bilər: təyinat sistemi bərpa olunsun və gənclər təhsillərini başa vurduqdan sonra öz regionlarında işlə təmin edilsinlər”.
Ekspert vurğulayıb ki, bəzi ölkələr bu metodlardan istifadə edir:
“Regionlarda gənclər üçün güzəştli mənzil imkanlarının yaradılması, maaşlarının daha cəlbedici olması və yeni iş yerlərinin açılması vacibdir. Şirkətlər ali və kollec təhsili alan gənclər üçün iş imkanları təqdim etməli, əmək yarmarkaları təşkil etməlidirlər. Əks halda, paytaxta axın artacaq, bu isə həm şəhər infrastrukturuna, həm də ölkənin demoqrafik və iqtisadi inkişafına mənfi təsir göstərə bilər. Regionlarda fəaliyyət göstərən müəssisələr gənclərin gələcək karyera imkanlarına diqqət yetirməli və onların doğma rayonlarına qayıtmasına şərait yaratmalıdır”.
- Bu ərazilərdə işıq olmayacaq
- Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
- Tramp bu barədə əmri Ankarada olarkən verib
- Qurbanqulu Berdiməhəmmədov Azərbaycana təşəkkür etdi
- Dənizdə batan 28 yaşlı oğlanın meyiti tapıldı
- Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı
- Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı
- Gəncləri rayona qaytarmağın yolu... - Ekspert