Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
BUTA.TV xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 21 ailə (87 nəfər), Güneyxırman kəndinə 18 ailə (72 nəfər) və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 15 ailə (51 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
- Nazir ona yeni vəzifə verdi - Foto
- Azərbaycanda qanunsuz yaşayan 5 minə yaxın əcnəbi saxlanıldı
- Mərdəkanda dənizdə batan 16 yaşlı oğlanın meyiti tapıldı
- Həmin quyuya daha bir maşın düşdü - Video
- Bu ərazilərdə işıq olmayacaq
- Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
- Tramp bu barədə əmri Ankarada olarkən verib
- Qurbanqulu Berdiməhəmmədov Azərbaycana təşəkkür etdi