Bu ərazidə yağıntılar aylıq normanı keçdi

11:42 - 8 İyul 2026 - GÜNDƏM

 Bu ərazidə yağıntılar aylıq normanı keçdi

Azərbaycanın əksər yerlərində arabir şimşək çaxır, yağış yağır, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir.

BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 8-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Qeyd edilib ki, Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclü olub.

Düşən yağıntının miqdarı Əlibəydə 165 (Zaqatala aylıq normanın 140%-i), Zaqatalada 57 (aylıq normanın 74%-i), Balakəndə 52 (aylıq normanın 67%-i), Sarıbaşda (Qax) 21, Sədərəkdə 5, Gədəbəydə 4, Şərur, Ağstafa, Tovuz, Lerikdə 3, Şəki (Kişçay), Qubada 2, Daşkəsən, Gəncə, Şəmkir, Qusar, Oğuz, Xaltan, Qrız, Bərdə, Zərdab, İmişli, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Bu xəbər hal-hazırda çox oxunur
Messi “davam” dedi... - Yenilənib+Video

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 19 m/s-yə çatır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol