Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib.
“BUTA.TV” xəbər verir ki, Müşahidə Şurasının 14 iyul 2026-cı il tarixli qərarı ilə Nağı Nağıyev müvafiq posta gətirilib.
1995-ci ildə Bakı şəhərində anadan olan N. Nağıyev ali təhsilini Böyük Britaniyada alıb. O, 2013–2016-cı illərdə City University London universitetində “İnvestisiya və maliyyə risklərinin idarə edilməsi” proqramı üzrə təhsil alaraq maliyyə ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib. Təhsilini həmin universitetdə davam etdirən N.Nağıyev 2017-ci ilin sentyabrında “Layihələrin idarə edilməsi, maliyyə və risk” ixtisası üzrə magistr dərəcəsi əldə edib.
O, 2018–2023-cü illərdə University College London universitetində doktorantura təhsili alaraq fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
N.Nağıyev 2020-ci ildə Birləşmiş Krallığın London şəhərində yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçib. Həmin il əmək fəaliyyətinə “SOCAR Trading” şirkətində bazar riskləri üzrə təhlilçi kimi başlayıb. O, 2022–2023-cü illərdə London Metal Birjasında çalışaraq beynəlxalq maliyyə və əmtəə bazarları üzrə peşəkar təcrübəsini genişləndirib.
N.Nağıyev əmək fəaliyyətini 2023-cü ilin avqustundan etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankında davam etdirib. O, 2023-cü ilin avqustundan 2024-cü ilin iyun ayınadək Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis vəzifəsində çalışıb. 2024-cü ilin iyunundan 2026-cı ilin iyul ayınadək isə həmin departamentin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsini icra edib.
Ailəlidir, üç övladı var.
- "Sea Breeze"ə getmək istəyənlərə şad xəbər
- Sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başladı
- Qırıcılarımız havaya qaldırıldı - Foto
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar
- Sabah hava necə olacaq?
- Samir Şərifova vəzifə verildi
- Ramazan Nəbiyevə yüksək vəzifə verildi