İyulun 17-də Nazirlər Kabinetində əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirilir.
BUTA.TV xəbər verir ki, iclasda çıxış edən Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin iyulun 7-də "2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Fərman imzaladığını xatırladıb.
Baş nazir qeyd edib ki, Fərmana əsasən, 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək. Fərmanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı məsələlərin həllinə dair Nazirlər Kabinetinə bir sıra tapşırıqlar verilib. Bugünkü iclas da həmin Fərmanın icrası ilə bağlı məsələlərə həsr olunub.
- "Sea Breeze"ə getmək istəyənlərə şad xəbər
- Sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başladı
- Qırıcılarımız havaya qaldırıldı - Foto
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar
- Sabah hava necə olacaq?
- Samir Şərifova vəzifə verildi
- Ramazan Nəbiyevə yüksək vəzifə verildi