Bakı sakini qeyri-adi hesab etdiyi kənd yumurtasının fotosunu redaksiyamıza göndərib. Fotoda yumurtanın qabığının hamar olmadığı, üzərində dalğavari və qabarıq izlərin olduğu görünür.
Qida eksperti Ağa Salamov BUTA.TV-a açıqlamasında bildirib ki, yaşlı toyuqlarda deformasiyalı yumurtaların əsas səbəblərindən biri düzgün qidalanmama nəticəsində yaranan kalsium çatışmazlığıdır:
“Əgər qidasında kifayət qədər kalsium olmazsa, yumurtanın qabığı nazik, yumşaq, kövrək və ya formasını dəyişmiş ola bilər. Buna görə də toyuqların yemlərinə kalsium mənbələri əlavə edilir. Məsələn, xırdalanmış mərmər tozu və ya əhəngdaşı unu kimi kalsium karbonat tərkibli əlavələrdən istifadə olunur. Bəzi hallarda qurudulmuş və xırdalanmış yumurta qabıqları da yemə qatılır.
Lakin yumurtanın keyfiyyətli olması üçün yalnız kalsium deyil, həm də D vitamini, fosfor və digər qida maddələri lazımdır. Düzgün hazırlanmış və balanslaşdırılmış yem toyuqların sağlam qalmasına, daha keyfiyyətli və möhkəm qabıqlı yumurta verməsinə şərait yaradır”.
Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
- Qəbul imtahanında dörd nəfər 400 bal topladı
- Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
- II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
- Qəbul imtahanının nəticəsi elan edildi
- Azərbaycanda baş müəllim vəfat etdi - Foto
- Prezident fərman imzaladı
- Qəzada ölənlər ər-arvad imiş - Rəsmi
- Rusiya ilə bir sıra istiqamətlərdə birbaşa reyslər bərpa edilə bilər