Türkiyədə Trampa sui-qəsd hazırlandığına dair araşdırmanın - Nəticəsi

15:05 - 17 İyul 2026 - GÜNDƏM

 Türkiyədə Trampa sui-qəsd hazırlandığına dair araşdırmanın - Nəticəsi

Türkiyənin xüsusi xidmət orqanları iyulun 7-8-də Türkiyədə keçirilən NATO sammiti zamanı ABŞ Prezidenti Donald Trampa sui-qəsd hazırlandığına dair əlamət aşkar etməyib.   

BUTA.TV” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, İsrailin xüsusi xidmət orqanları Ankarada Trampa sui-qəsd hazırlaması barədə ABŞ və Türkiyə xüsusi xidmət orqanlarına məlumat ötürüb. Ətraflı araşdırmadan sonra Türkiyə tərəfi Ağ Ev rəhbərinə sui-qəsd hazırlığının aparılmadığı qənaətinə gəlib.

Bununla belə, bu məlumat ABŞ xüsusi xidmət orqanlarını Trampın mühafizəsi üçün əlavə təhlükəsizlik tədbirləri görməyə vadar edib. Ankaraya Qətər kral ailəsinin hədiyyə olaraq verdiyi yeni təyyarə ilə səfər edən ABŞ liderinin ölkəsinə köhnə təyyarə ilə qayıtması məhz bu təhlükəsizlik tədbirləri çərçivəsində baş tutub.

Xatırladaq ki, daha əvvəl İsrail mətbuatı adı açıqlanmayan Qərb ölkəsinin kəşfiyyat məlumatlarına istinadən NATO sammiti zamanı Donald Trampa sui-qəsd hazırlanması barədə xəbər paylaşmışdı. 

 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol