Yay mövsümündə Bakı səhərinin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə paytaxtda növbəti daxili iməclik keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
Keçirilən iməclik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub, orada əsaslı təmizlik işləri görülüb. Səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb.
Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
- Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
- Onların həyatı təhlükədə: Hər an ölüm baş verə bilər...
- Bu universitet bağlanır? - Tələbələr narahatdır+Video
- “Mersedes” körpüdən aşdı, keçidə düşdü: 2 nəfər... - Video
- "Şuşa şəhərciyi"ndə "Al Market" yanır - Foto
- “Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub” - Vado Korovin
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Prezident Yevdayevi təltif etdi