Bir müddət əvvəl tələbələrin ölümü ilə bağlı diqqətçəkən statistika açıqlanmışdı. Həmin məlumatlara görə, ötən tədris ili ərzində Azərbaycanda 200 tələbə vəfat edib. İyulun 24-də universitet tələbəsi olan daha bir gəncin vəfat etdiyi barədə xəbər yayılıb.
Son illər Azərbaycanda və dünyada ölüm hallarının, xüsusilə də gənclər arasında artdığı ilə bağlı narahatlıqlar səsləndirilir.
Tələbələr və ümumilikdə gənclər arasında ölüm hallarının artmasının əsas səbəbləri nələrdir? Bu tendensiyanı şərtləndirən amillər hansılardır?
BUTA.TV xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla məsələyə sistemli yanaşmaq lazım olduğunu deyib.
“Tələbələr və ümumilikdə gənclər arasında baş verən ölüm halları səbəblərinə görə ayrıca təsnif edilməlidir. Xüsusilə qəfil ölümlər ayrıca araşdırılmalıdır. Qəfil ölümlərin əsas səbəbləri arasında ürək-damar sistemi xəstəlikləri, o cümlədən miokard infarktı, insult, ağciyər arteriyasının tromboemboliyası və dərin venaların trombozu kimi hallar yer ala bilər. Bəzi hallarda bu xəstəliklər gizli gedişə malik olur və ilk əlamət kimi ağır fəsad və ya qəfil ölüm ilə özünü göstərə bilər”, - A.Qeybulla bildirib.
Professorun fikrincə, xroniki xəstəliklər nəticəsində baş verən ölüm halları da ayrıca qiymətləndirilməlidir:
“Buraya onkoloji və hematoloji xəstəliklər, o cümlədən leykozlar, eləcə də digər ağır xroniki patologiyalar daxildir. Bu baxımdan, hər bir ölüm halının səbəbləri üzrə dəqiq statistikanın aparılması vacibdir. Məsələn, neçə tələbənin hansı səbəbdən həyatını itirdiyi barədə məlumatlar toplanmalı və təhlil edilməlidir. Belə statistika gələcəkdə profilaktik tədbirlərin planlaşdırılması, skrininq müayinələrinin təşkili və risk qruplarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, hər bir ölüm halı ayrıca araşdırılmalı, səbəblər üzrə qruplaşdırılmalı və əldə olunan nəticələr əsasında bu kimi halların qarşısının alınmasına yönəlmiş effektiv tədbirlər planı hazırlanmalıdır”.
- Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
- Ağdamın daha 2 kəndində yanğın başladı
- Tiktokda küçə söyüşləri söyən qadınla bağlı qərar
- Gürcüstanda enerji böhranı: Bakı-Tiflis qatarı da yolda qaldı
- Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
- Onların həyatı təhlükədə: Hər an ölüm baş verə bilər...
- Bu universitet bağlanır? - Tələbələr narahatdır+Video
- “Mersedes” körpüdən aşdı, keçidə düşdü: 2 nəfər... - Video