Məlum olduğu kimi, Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi “uyğun deyil” olaraq qiymətləndirilib.
“BUTA.TV” xəbər verir ki, universitetlə bağlı Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Bunun ardınca təhsil olcağının fəaliyyətini dayandıracağı haqda media subyektlərində xəbərlər yayılıb.
Məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, sözügedən ali məktəblə bağlı quruma hələlik heç bir müraciət ünvanlanmayıb.
Tələbələr isə yayılan xəbərlər öz təsdiqini tapdığı halda diplomlarının tanınıb-tanınmayacağı, habelə, təhsillərini necə davam etdirəcəkləri ilə bağlı narahatlıq içindədirlər.
Ətraflı “Baku TV”nin videomaterialında:
***
“Son günlər sosial şəbəkələrdə Bakı Qızlar Universitetinin adı ilə bağlı müxtəlif çağırışlar və toplaşma xarakterli paylaşımlar yayılmaqdadır.
Bakı Qızlar Universitetinin rəhbərliyi bildirir ki, bu cür çağırışlar universitetin rəsmi mövqeyini əks etdirmir.
Universitetin müəllim və tələbələrindən xahiş edirik ki, hər hansı toplaşma və ya aksiya xarakterli çağırışlara qoşulmasınlar.
Bütün kollektivimizi təmkinli olmağa, qanunvericiliyin tələblərinə riayət etməyə və yalnız rəsmi məlumatlara etibar etməyə çağırırıq”, - Bakı Qızlar Universitetinin rəhbərliyi adından sosial şəbəkə hesabında paylaşım olunub.
- 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı
- Anomal isti bu insanlar üçün əlverişsizdir
- Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
- Ağdamın daha 2 kəndində yanğın başladı
- Tiktokda küçə söyüşləri söyən qadınla bağlı qərar
- Gürcüstanda enerji böhranı: Bakı-Tiflis qatarı da yolda qaldı
- Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
- Onların həyatı təhlükədə: Hər an ölüm baş verə bilər...