Göyçay şəhərinin Nizami küçəsində ağacların gövdəsinin deşilərək, sirkə turşusu tökülməklə qurudulmasına cəhd edilməsi barədə yayılan video ictimai reaksiyalara səbəb olub. Görüntünü yayan şəxsin sözlərinə görə, obyekt tikilməsi üçün ağacların qurudulmasına və nəticədə kəsilməsinə cəhd edilib.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, əməli törədən şəxs müəyyən edilib və saxlanılıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə (Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə) protokol tərtib olunub.
8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi isə ağaclara yerində baxış keçirib. Müayinənin nəticələrinə əsasən, ağaclara edilən müdaxilə onların məhv olmasına gətirib çıxarmayacaq. Eyni zamanda, ağacların əvvəlki vəziyyətinə qaytarılması məqsədilə müvafiq qulluq tədbirləri görülüb və nəzarətdə saxlanılır.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır
- Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al
- Bakıda küləyin sürəti... – Faktiki hava
- 67 yaşlı qadın alverçisi Kurt həbs edildi
- ABB İslam bankçılığı üzrə ilk anlaşmanı imzaladı
- 59 yaşlı kişi evində faciəvi şəkildə öldü
- Vüsal Nəsirli direktoru işdən çıxardı – Yeni təyinat
- 2 gün əvvəl dənizdə batan Nurlanın meyiti tapıldı