HƏMAS ABŞ Prezidenti Donald Trampın Qəzzada razılaşma əldə edildiyi barədə açıqlamasına münasibət bildirib.
“BUTA.TV” xəbər verir ki, HƏMAS-ın danışıqlar qrupunun üzvü Qazi Həməd “Əl-Cəzirə” telekanalına açıqlamasında İsrailin razılaşma üzrə öhdəliklərini tam yerinə yetirməsinin vacib olduğunu deyib.
Həməd bildirib ki, İsrail öz öhdəliklərini yerinə yetirməyənədək HƏMAS-ın silahlarını yerə qoyması ilə bağlı hər hansı addım atılmayacaq.
HƏMAS rəsmisinin sözlərinə görə, silah məsələsi digər əsas məsələlərdən ayrı şəkildə həll edilə bilməz.
O, bunun İsrail qüvvələrinin Qəzza zolağından geri çəkilməsi və bölgənin yenidən qurulması kimi məsələlərlə birbaşa əlaqəli olduğunu vurğulayıb.
Həməd İsrailin razılaşmanın şərtlərinə əməl etməsinin vacibliyini qeyd edərək, İsrail tərəfinin müqaviləni pozacağı təqdirdə HƏMAS-ın silahsızlaşdırılması istiqamətində hər hansı addım atmayacağını təkrarlayıb.
HƏMAS rəsmisi İsrailin Şarm əl-Şeyx razılaşmasının birinci mərhələsi çərçivəsində təxminən 3500 pozuntu törətdiyini deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Qəzza ilə bağlı yeni razılaşmanın əldə edildiyini açıqlayıb. Trampın sözlərinə görə, Sülh Şurası HƏMAS və Qəzzadakı digər silahlı qrupların tamamilə tərksilah edilməsi ilə bağlı “tarixi razılaşma” əldə edib.
ABŞ lideri həmçinin bildirib ki, silahsızlaşdırma prosesi başa çatdıqdan sonra İsrail qüvvələri Qəzza zolağından geri çəkiləcək.
- Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
- Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu
- Prezident rəsmi qarşılandı - Fotolar
- Rəsmi görüşə şortla gəldi, gündəm oldu - Fotolar
- HƏMAS-dan Trampın razılaşma açıqlamasına - İlk reaksiya
- Yanğınlara qarşı keçi və qoyunları səfərbər etdilər
- “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi onlardır
- “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib