Yük maşını avtomobilə çırpıldı: 2 ölü, 3 yaralı

11:27 - 31 İyul 2026 - GÜNDƏM

 Yük maşını avtomobilə çırpıldı: 2 ölü, 3 yaralı

Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda hərəkətdə olan 1979-cu il təvəllüdlü Tərtər rayonunun Köçərli kənd sakini Anar Cəfər oğlu Şamilzadənin idarə etdiyi "Mersedes Ateqo" markalı yük maşını yol kənarında dayanan 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Tural Cəlal oğlu Məmmədovun idarə etdiyi "Şevrolet" markalı minik avtomobilinə çırpılıb.

Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq kənarda dayanan iki piyadanı vurub.

Nəticədə piyadalardan biri elə hadisə yerində, minik avtomobilində olan sərnişinlərdən biri isə xəstəxanaya aparılarkən yolda ölüb.

Qəzada ağır bədən xəsarətləri alan Gəncə şəhər sakinləri Elmir Əsgərli, Elnur Fərəcullayev və Tural Məmmədov Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol