Azərbaycan Hava Yolları İstanbul və Tiflis istiqamətlərində uçuş proqramını genişləndirib. Belə ki, bu istiqamətlərə tələbatın çox olduğu nəzərə alınaraq, 4 avqust – 30 sentyabr tarixləri arasında Bakı – İstanbul marşrutu üzrə həftəlik reyslərin sayı 17-dən 21-ə, 2-30 avqust tarixləri arasında isə Bakı –Tiflis marşrutu üzrə həftəlik reyslərin sayı 42-dən 46-ya çatdırılıb.
BUTA.TV xəbər verir ki, əlavə reyslər artan sərnişin tələbatını qarşılamaqla yanaşı, səyahətlərin daha rahat planlaşdırılmasına və uçuş seçimlərinin genişlənməsinə imkan yaradacaq.
Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı sərnişin axınını mütəmadi təhlil edərək uçuş proqramını bazarın ehtiyaclarına uyğun şəkildə optimallaşdırmağa davam edir. Aviaşirkət marşrut şəbəkəsinin inkişafı, donanmanın müasirləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində sərnişinlər üçün daha əlçatan və rahat səyahət imkanları yaratmağı hədəfləyir.
Aviabiletləri rəsmi www.azal.az saytından, AZAL mobil tətbiqindən, həmçinin aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
- Nuhi Abdinov nazir müavini təyin edildi - Sərəncam
- 135 saylı marşrutun avtobusları dəyişdirilir: Gediş haqqı...
- Nigara görə həkimlərə bu cəza verildi
- Xankəndi–Şuşa yolunda ağır qəza: ölən var
- AZAL Tiflis və İstanbul istiqamətində reyslərin sayını artırır
- Estetik cərrah və anestezioloqa hökm oxundu