Cəzaçəkmə müəssisəsində məhbusu öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə məhkəmənin növbəti prisesi keçirilib.
BUTA.TV Unikal.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyev sədrliyi ilə keçirilən baxış iclasinda təqsirləndirilənə sərbəst ifadə üçün söz verilib.
Nurullah Əkbərli cəza çəkdiyi çəzaçəkmə müəssisəsində məhkum yoldaşını qətlə yetirməyini şəxsi münasibətlər zəminində baş verdiyini vurğulayaraq hadisənin detallarını məhkəmə zalında açıqlamaq istəməyib.
Buna baxmayaraq hakim və prokurirun suallarinı cavablandırarkən məlum olub ki,tərəflər arasindaki insidentə səbəb qarşı tərəfin Nurullah Əkbərlini daim güdməsi və sonda isə ona əxlaqsız təklif etməsi olub.
Təqsirləndirilənin dediyinə görə bununla baglı Xəqaniyə bir neçə dəfə xəbərdarlıq etsə də o əməlini davam etdirib.
Sonda isə Nurlan hazırladığı bizlə Xəqaniyə zərbələr endirərək onu qətlə yetirib.
Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin noyabrın 10-da, Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsində baş verib. Müəssisədə cəza çəkən məhkum Nurullah Əkbərli şəxsi münasibətlər zəminində digər məhkum Xəqani Şükürovu özünün hazırladığı kəsici-deşici alətlə qətlə yetirib.
Nurullah Əkbərli barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə yekun ittiham elan olunub.
- AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı
- TuranBank gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Rusiyada Hüseyn Həsənov barəsində hökm çıxarıldı
- 11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
- Peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edildi
- Cəza çəkən şəxs məhkum yoldaşını buna görə öldürüb...
- “11 aylıq tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq”