Rusiyada Hüseyn Həsənov barəsində hökm çıxarıldı

14:54 - 4 Avqust 2026 - KRİMİNAL

 Rusiyada Hüseyn Həsənov barəsində hökm çıxarıldı

Rusiya məhkəməsi bloger Hüseyn Həsənovu çirkli pulların yuyulması ittihamı ilə qiyabi olaraq dörd il müddətinə azadlıqdan məhrum edib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Məhkəmə həmçinin onu 1 milyon rubl cərimələyib, iki il müddətinə internetdə materiallar yaymaqdan məhrum edib və “Moskva siti”dəki 46 milyon rubl dəyərində mənzilini müsadirə edib. Həsənov 170 milyon rubldan çox vergini ödəməyib və bu vəsaitləri saxta daşınmaz əmlak əməliyyatları vasitəsilə yuyub”, - məlumatda deyilib.

Qeyd edək ki, 2025-ci ilin yazında Həsənov qiyabi həbs olunaraq axtarışa verilib. O, həmin ilin fevralında Rusiya ərazisini tərk edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol