Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.
BUTA.TV xəbər verir ki, keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd “AKM” markalı avtomat aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə X.Muradov və Z.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
- Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar
- 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
- Rayonlara yağış yağır, şimşək çaxır
- Nazirlik bu kosmetoloqla bağlı hərəkətə keçdi
- Əməkdar artist qaydaları kobudcasına pozdu - Video
- Rusiyanın ən varlı qadınının biznesi belə çökür...
- Sumqayıt sakini dənizdə batdı
- Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama