Əməkdar artist qaydaları kobudcasına pozdu - Video

11:33 - 10 Avqust 2026 - HADİSƏ

 Əməkdar artist qaydaları kobudcasına pozdu - Video

Əməkdar artist Aqşin Abdullayev yol hərəkəti qaydalarını kobudcasına pozub.

BUTA.TV” xəbər verir ki, qayda pozuntusuna aid görüntüləri sənətçi özü sosial şəbəkə hesabında paylaşıb.

Məlum olub ki, A.Abdullayev 90-RX-200 dövlət qeydiyyat nişanlı “Cadillac” markalı avtomobili yolun hərəkət hissəsinin ortasında saxlayıb. O, avtomobili tərk edərək yolun ortasında mahnı oxumağa başlayıb. Bu zaman hər hansı təhlükəsizlik tədbiri, xəbərdarlıqedici nişan qoyulmayıb.

Nəticədə, yoldan keçən digər avtomobillər oradan çətinliklə keçiblər və qəza riski yaranıb.

Bu xəbər hal-hazırda çox oxunur
Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı

Qeyd edək ki, yollarda bu kimi çəkilişlər zamanı müvafiq qurumların əvvəlcədən məlumatlandırılması və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi mütləqdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol