Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.
Bununla bağlı “BUTA.TV”ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1977-ci il təvəllüdlü Ziyafət Kamal qızı Qurbanovanın və 1986-cı il təvəllüdlü Nurlana Muradxan qızı Məmmədovanın meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
- Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
- Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
- Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılır
- Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Llisenziyasız işləyən 29 həkim barədə protokol tərtib etdi
- Dövriyyəsi 10 milyon olan onlayn mərc şəbəkəsi ifşa edildi
- 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - KMBİ-dən əməliyyat - Video
- Azərbaycanda tranzit daşımaları rekord səviyyəyə çatdı